Yaxın vaxtlarda kredit almaq istəyən vətəndaşlara elektron arayışlar veriləcək

Yaxın vaxtlarda kredit almaq istəyən vətəndaşlara elektron arayışlar veriləcək
# 08 sentyabr 2014 14:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Yaxın vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və “Bank of Baku” vətəndaşlara aid fərdi məlumatlar üzrə elektron arayışların verilməsinə dair birgə əməkdaşlığa başlayacaqlar.

APA-Economics”in məlumatına görə, bunu APA TV-də efir gedən “Sosium” verilişinin qonağı olan MHM-nin direktoru Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, “Bank of Baku”nun əməkdaşlarına banka müraciət etmiş hər bir müştərinin yazılı razılıq ərizəsi əsasında “Elektron Hökumət” portalı üzərindən “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayış” xidməti vasitəsilə vətəndaşın seçdiyi dövlət qurumlarının informasiya ehtiyatlarından onun haqqında fərdi məlumatların əldə olunmasına şərait yaradacaq.

Bundan başqa, kredit almaq arzusunda olan şəxs özü haqda fərdi məlumatları “Elektron Hökumət” portalından qeydiyyatdan keçməklə özü formalaşdıracaq və banka göndərə biləcək.

N. Mərdanov qeyd edib ki, gələcəkdə başqa banklarla da bu sahədə birgə əməkdaşlıq etmək nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR