Yol qəzasında ailə üzvünü itirən vətəndaşa 2500 manat kompensasiya verilib

Yol qəzasında ailə üzvünü itirən vətəndaşa 2500 manat kompensasiya verilib
# 13 avqust 2015 14:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, İcbari Sığorta Bürosu tərəfindən 2014-cü ilin mayın 31-də saat 12-30 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 2500 manat məbləğində kompensasiya verilib.

Ödəniş poçt vasitəsi ilə 13 avqust 2015-ci il tarixdə köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR