"Ziraat Bank Azərbaycan" Bakıda 8-ci filialının açılışını edib

"Ziraat Bank Azərbaycan" Bakıda 8-ci filialının açılışını edib
# 28 dekabr 2023 12:32 (UTC +04:00)

Ziraat Bank Azərbaycan 9 illiyi ərəfəsində yeni, 8-ci filialını müştərilərin istifadəsinə təqdim edib.

"APA-Economics" xəbər verir ki, açılışda Türkiyə Respublikasının Səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, millət vəkilləri Nizami Səfərov və İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti birlikdə kəsərək bankın “Babək” filialını müştərilərin istifadəsinə təqdim ediblər. Bank tərəfindən qeyd edilmişdir ki, yeni filialının “Babək Plaza”da açılmasında məqsəd Bakı şəhərinin Xətai rayonunda yerləşən sahibkarlara keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir.

Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini öz geniş müxbir şəbəkəsi vasitəsilə təqdim etmək imkanına da sahibdir. Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən Ziraat Bank Azərbaycanın yeni Babək filialı da vurğulanan xidmətlə yanaşı “Bir Bankdan Daha Artıq” şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcəkdir. Öz müasirliyi və funksionallığı ilə seçilən filial həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaqdır.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR