Bakıdakı final oyunu öncəsi konfrans və açıq məşqin vaxtı açıqlanıb

Bakıdakı final oyunu öncəsi konfrans və açıq məşqin vaxtı açıqlanıb
# 27 may 2019 21:45 (UTC +04:00)

Avropa Liqasının Bakıda keçiriləcək final matçından əvvəl təşkil olunacaq oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı açıqlanıb.

ONA-nın məlumatına görə, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” - “Arsenal” görüşündən əvvəl baş tutacaq tədbirlər də arenada təşkil olunacaq.

Açıq məşq və konfranslar mayın 28-nə təsadüf edəcək.

28 may
Bakı Olimpiya Stadionu
“Arsenal”

17:45. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı
18:30. Mətbuat üçün açıq məşq
“Çelsi”
20:15. Baş məşqçi və 2 futbolçunun iştirakı ilə mətbuat konfransı
21:00. Mətbuat üçün açıq məşq

Qeyd edək ki, tədbirlərdə yalnız müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR