Bank Of Baku

Gədəbəydə avtomobil aşıb, 8 nəfər xəsarət alıb

Gədəbəydə avtomobil aşıb, 8 nəfər xəsarət alıb
# 09 avqust 2021 21:37 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

"Toyota" markalı minik maşını idarəetmədən çıxıb və aşıb. Qəza zamanı səkkiz nəfər - 2008-ci il təvəllüdlü Musayev Aysel Vüqar qızı, 1987-ci il Məmmədova Aytəkin Həsən qızı, 1964-cü il təvəllüdlü Həsənova Çiçək İsmayıl qızı, 2008-ci il təvəllüdlü Musazadə Leyla Vüqar qızı, 1987-ci il təvəllüdlü Əsgərova Samirə Qəzənfər qızı, 1988-ci il təvəllüdlü Musayeva Vəfa Qəzənfər qızı, 2009-cu il təvəllüdlü Musazadə Fatimə Vüsal qızı və 2018-ci il təvəllüdlü Musayev Camal Vüsal oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR