Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb
# 31 iyul 2019 22:32 (UTC +04:00)

Mingəçevirdə qadın piyadanı avtomaşın vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Xaldan şossesində, yeni məcburi köçkün şəhərciyinin yaxınlığında baş verib.

Belə ki, “VAZ 2109” markalı minik maşını yolu keçmək istəyən təqribən 27-30 yaşlı Azadə Əjdər qızını vuraraq ona ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR