"Telefon söhbətində Rusiya rəhbərliyinin daha əvvəl də heç bir şərt olmadan Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunun fərdi görüşünün keçirilməsi ilə bağlı təklifinin aktual olduğu vurğulanıb", - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Söhbət zamanı "Fətah" nümayəndəsi Fələstin rəhbərliyinin İsrail ilə münasibətlərə dair son qərarları barədə məlumat verib.
Söhbət Fələstin tərəfinin təşəbbüsü ilə baş tutub.