Azərbaycanlı federasiya rəsmisi CEV-in seçkilərinə qatılacaq

Azərbaycanlı federasiya rəsmisi CEV-in seçkilərinə qatılacaq
# 12 may 2020 15:59 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyasının (CEV) oktyabrın 16-na təxirə salınan Baş Assambleyası çərçivəsində seçkilər keçiriləcək.

Apasport.az saytının məlumatına görə, seçkilərdə 2020-24-cü illərdə quruma rəhbərlik edəcək prezident, həmçinin İnzibati Şura və müxtəlif komissiyaların tərkibi bəlli olacaq.

CEV bu gün bütün namizədlərin siyahısını təsdiqləyib. Qurumun prezidenti vəzifəsinə iki namizəd var. Bunlar indiki rəhbər serbiyalı Aleksandar Boriçiç və estoniyalı Hanno Perkurdur.

Azərbaycanın 5 voleybol mütəxəssisi də seçkilərə qatılacaq. Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov İnzibati Şuraya üzvlüyə namizədlər sırasında yer alıb.

Ölkəmizin digər 4 nümayəndəsi isə müxtəlif komissiyalara seçilmək üçün namizəd kimi göstərilib. Bunlar Nərgiz İsmayılova, Zöhrab Gözəlbəyli, Vüsalə Kazımova və Mixail Frişmandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR