Yevlaxda Kürün sahilində bulvarda çökmə baş verib

Yevlaxda Kürün sahilində bulvarda çökmə baş verib
# 24 may 2019 09:55 (UTC +04:00)

Yevlaxda Kür çayı sahilindəki bulvarda çökmə baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə sahildəki istirahət məkanında qeydə alınıb.

Belə ki, sahil boyu gəzinti üçün nəzərdə tutulan zolağın bir hissəsi dağılıb. Çökmənin nədən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR