Rusiyada iki avtomobilin toqquşması nəticəsində səkkiz nəfər ölüb

Rusiyada iki avtomobilin toqquşması nəticəsində səkkiz nəfər ölüb
# 26 oktyabr 2019 13:40 (UTC +04:00)

Rusiyada dəhşətli yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Altay diyarında "Fiat Ducato" markalı mikroavtobusla "Nissan" markalı avtomobilin toqquşması nəticəsində səkkiz nəfər ölüb, ölənlərdən biri uşaqdır.

İki nəqliyyat vasitəsində ümumilikdə 15 nəfər olub.

Məlum olub ki, mikroavtobus "Sudaruşki" folklor qrupunun üzlərini festivala aparırmış. Folklor qrupunun çalışdığı Mədəniyyət evindən bildirilib ki, kollektivin ən azı iki üzvü qəzanın qurbanı olub.

İstintaq komitəsi hadisənin başvermə şəraitini və səbəblərini araşdırır.

Qəzanın günahkarı və təfərrüatlar hələlik bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR