Gürcüstanda koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən komendant saatı ləğv edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində komendant saatının tətbiqi dayandırılıb.
Qeyd edək ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq martın 31-də Gürcüstanda ümumi karantin rejimi elan edilib və 21:00-06:00 radələrində komendant saatının tətbiqinə başlanılıb.