Bakıda 29 yaşlı oğlan hamamda ölü tapılıb

Bakıda 29 yaşlı oğlan hamamda ölü tapılıb
# 27 iyun 2019 14:00 (UTC +04:00)

Bakıda 29 yaşlı oğlanın meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Tofiq Hacıbalayev küçəsində yerləşən 23 saylı evdə qeydə alınıb. Həmin mənzildə yaşayan, 1990-cı il təvəllüdlü Elşən İlqar oğlu Hüseynovun meyiti hamam otağında aşkar edilib.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR