Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkədə könüllü qanvermə aksiyaları keçirilir.
APA-nın xəbərinə görə, mayın 1-də Səbail rayon ictimaiyyəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulub, karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə B.Ə.Eyvazov adına Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutunda qan veriblər.