Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyulun 28-ə nəzərdə tutulan iclası keçirilməyəcək.
APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bu gün növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən iclasda bildirib ki, gündəliyə daxil edilmiş 49 məsələ bu gün parlamentin iclasında müzakirə və qəbul edilərsə, sabaha planlaşdırılan iclas keçirilməyəcək.
Millət vəkilləri bu gün keçirilən iclasda 49 qanun layihəsini müzakirə edərək qəbul ediblər.