Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 5 124,6 mln. manat təşkil edib.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artaraq 2 378,3 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1% artaraq 2 746,3 mln. manata bərabər olub.
İstehlak məhsullarının 30,9% hüquqi şəxs statuslu müəssisələrdə, 20,6% fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5% isə paytaxtın məhsul bazarlarında satılıb.