Nazir müavini: “7000 vakant yer daimi əsaslarla olan iş yerləridir”

Nazir müavini: “7000 vakant yer daimi əsaslarla olan iş yerləridir”
# 25 iyul 2019 12:53 (UTC +04:00)

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanaraq növbəti mərhələyə keçən namizədlərə müraciət edib.

APA-nın xəbərinə görə, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva namizədlərə çalışmaq istədikləri məktəbləri seçərkən diqqətli olmağı tövsiyə edib.

“Namizədlər qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar çalışmaq istədikləri məktəb haqqında məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçib, işə qəbul olunurlar, sonra isə imtina edirlər. Nəticədə isə digər namizədin həmin yer üçün qəbul şansı azalır. 7000 vakant yer daimi əsaslarla olan iş yerləridir. Vakant yerlərin doldurulması üçün kifayət qədər namizəd var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR