Son 24 saat ərzində Moskvada koronavirusdan 59 nəfər ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.
Bildirilib ki, Moskvada yeni virusdan ölənlərin ümumi sayı 1993-ə çatıb.
Qeyd edək ki, ölən xəstələrdə COVID-19-la yanaşı sətəlcəm diaqnozu da təsdiqlənmişdi.