Goranboyda piydanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.
2000-ci il təvəllüdlü Quliyev Şirzad Anar oğlu yolu keçmək istəyən zaman onu motosiklet vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.