Gürcüstan MSK: Seçkilərdə ən çox şikayət Marneuli və Zuqdididən daxil olub

Gürcüstan MSK: Seçkilərdə ən çox şikayət Marneuli və Zuqdididən daxil olub
# 19 may 2019 21:55 (UTC +04:00)

Gürcüstanda keçirilən seçkilər zamanı Mərkəzi Seçki Komissiyasına gün ərzində ümumilikdə 89 şikayət daxil olub.

ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, bu barədə komisiyanın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Bildirib ki, şikayətlər ən çox Marneuli və Zuqdididən qəbul edilib.

“Şikayətlərdən 44-ü Zuqdididən, 21-i Marneulidən, 16-sı Xulo, 6-sı Zestaponi, 1-i isə müvafiq olaraq Ozurgeti və Tiflisdən qəbul edilib” - deyə Ana Mikeladze bildirib.

Qeyd olunub ki, komissiyanın qaynar xəttinə gün ərzində 209 zəng, 56 sms daxil olub.

Şikayətlərin əsasən texniki məsələlərlə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR