Moldovanın MSK sədri istefa verib

Moldovanın MSK sədri istefa verib
# 02 iyul 2019 15:57 (UTC +04:00)

Moldovanın Mərkəzi Seçki Komissiyasının sədri Alina Russu istefa verib.

APA “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Moldova qanunvericiliyinə əsasən, Alina Russu yeni sədr təyin olunana kimi öz vəzifəsini icra etməyə davam edəcək.

A.Russu bildirib ki, şəxsi səbəblərə görə istefa verib və onun gedişi bu ilin oktyabrın 20-nə nəzərdə tutulmuş yerli seçkilərin təşkilat prosesinə təsir etməyəcək.

Qeyd edək ki, bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyasının üzvlərindən biri Yuriye Çokan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR