"Moody's" Azərbaycanın iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır

"Moody
# 25 iyul 2019 12:50 (UTC +04:00)

“Moody's” beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanın iqtisadi artım tempinin 3%-dək sürətlənəcəyini proqnozlaşdırır.

“Moody's”dən “APA-Economics”ə verilən məlumata görə, bu proqnoz dünya enerji daşıyıcılarına olan əlverişli qiymətləri, ixracın artımı və iqtisadiyyatın strukturunda qeyri-neft sektorunun payının artması nəzərə alınmaqla verilib.

“Azərbaycan hökuməti tərəfindən aparılan islahatlar ölkə iqtisadiyyatının artımına müsbət təsir göstərməlidir. Bununla belə, ölkə iqtisadiyyatı neft qiymətlərinin dəyişməsinə qarşı həssas olaraq qalmaqdadır”, - deyə agentliyin məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR