UEFA-nın yaradacağı üçüncü avrokubok turnirinin startı təxirə salınmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.
O bildirib ki, 2021/22 mövsümündən keçirilməsi planlaşdırılan Konfrans Liqasının startı yubanmayacaq: “Şübhəsiz ki, biz bunu edəcəyik. Konfrans Liqasını 2021/22 mövsümündən başlayacağıq. Bunu təxirə salmaq niyyətində deyilik”.
Qeyd edək ki, Azərbaycan Konfrans Liqasında 3 klubla təmsil olunacaq. Premyer Liqanın qalibi Çempionlar Liqasında, digər üç təmsilçimiz Avropa Liqası deyil, yeni yaradılan turnirdə qüvvəsini sınayacaq.