Azərbaycan çempionatının sponsoru olan “Topaz” şirkəti Peşəkar Futbol Liqası ilə əməkdaşlıqdan imtina edib.
APA-nın məlumatına görə, bunu PFL-in prezidenti Ramin Musayev açıqlayıb.
O, bu gün keçirilən yeni mövsümün püşkatmasından öncə bildirib ki, mərc oyunları operatorunun istəyi ilə əməkdaşlığa son qoyulub. Onun sözlərinə görə, çempionatın startınadək yeni sponsorla bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası 2012-ci ildən Topaz Premyer Liqası adlanırdı.