Ötən gün axşam saatlarında Qax rayonunun Qazmalar kənd sakini, 2008-ci il təvəllüdlü Xatun Suyavuş qızı Məmmədova it dişləməsi xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən APA-nın şimal-qərb bürosuna bildirilib ki, 11 yaşlı X.Məmmədovanı sağ ayağından yaşadığı kəndin ərazisində it dişləyib.
Yaralıya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə
evə buraxılıb.