Yevlaxda avtomobil qəzası yaşlı kişinin ölümü ilə nəticələnib

Yevlaxda avtomobil qəzası yaşlı kişinin ölümü ilə nəticələnib
# 26 iyul 2019 14:23 (UTC +04:00)

Yevlaxda yaşlı kişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 25-də saat 21 radələrində Yevlax şəhəri ərazisində Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcına vurub və idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılıb.

Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR