"Azərişıq": Mərkəzi Aparat və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib

"Azərişıq": Mərkəzi Aparat və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib
# 23 may 2020 13:56 (UTC +04:00)

Azərbaycan Respublikası Nazirlər kabinetinin Ramazan bayramı ilə əlaqədar müəyyən etdiyi 8 günlük qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram yarmarkalarının keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, qurumun Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

İstehlakçılar baş verə biləcək hər hansı kəsinti və qəza hallarını aradan qaldırmaq üçün 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR