Mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb - RƏSMİ

Mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb - RƏSMİ
# 01 may 2020 18:23 (UTC +04:00)

“Hər sahəyə aid təlimatlar üzərində çox təfərrüatlı şəkildə işlənilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, həmin qaydalar sabah, yaxud yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

TƏBİB-in İdarə Heyətinin səldri Ramin Bayramlı isə qeyd edib ki, mayın 4-dən sonra idman müəssisələrinin açılması nəzərdə tutulmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR