ABŞ iqtisadiyyatı 38% azala bilər - PROQNOZ

ABŞ iqtisadiyyatı 38% azala bilər - PROQNOZ
# 20 may 2020 11:16 (UTC +04:00)

ABŞ Konqresinin Büdcə İdarəsinin bu ilin II rübünə olan proqnozuna görə, ölkə iqtisadiyyatı illik müqayisədə 37,7% azalacaq.

"APA-Economics"in idarəyə istinadən verdiyi məlumata görə, təkcə 2020-ci ilin II rübü ərzində ABŞ-da ÜDM istehsalı əvvəlki rübə nisbətən 11% azalacağı gözlənilir.

Bundan əlavə, II rüb üzrə proqnozlara əsasən, işsizlərin sayı 2019-cu ilin IV rübü ilə müqayisədə 26 mln. nəfər çox olacaq və işsizlik səviyyəsi 15,1% təşkil edəcək. Bu, II Dünya Müharibəsindən bəri məşğuliyyət səviyyəsinin ən kəskin azalması deməkdir.

Qeyd edək ki, işsizliyin III rübdə 15,8% çatacağını gözləyən Konqresinin Büdcə İdarəsi, bərpa prosesinin 2020-ci ilin IV rübündə başlayacağını və bu göstəricinin 11,8% düşəcəyini proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR