Muxtar Babayev: "Ölkəmizin Aİ ilə ticarətində Almaniyanın payı böyükdür"

Muxtar Babayev: "Ölkəmizin Aİ ilə ticarətində Almaniyanın payı böyükdür"
# 03 oktyabr 2019 20:28 (UTC +04:00)

"Azərbaycanda əsrlərlə mövcud olan tolerantlıq xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün münbit zəmin rolunu oynamışdır. Bugun Azərbaycan və Almaniya arasında əlaqələr bütün istiqamətlərdə inkişaf edir".

APA-nın verdiyi xəbərə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Alman Birliyi gününə həsr olunmuş tədbirdə deyib.

Azərbaycanın Almaniya ilə təhsil, ətraf mühit, enerji, nəqliyyat, sənaye, mədəniyyət sahələrində əməkdaşlığını vurğulayan nazir davamlı inkişaf və enerji səmərəliliyi sahəsindəki Azərbaycanın rolundan danışıb.

"2019-cu ilin yeddi ayı ərzində ticarət dövriyyəsinin ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım müşahidə olunub. Ölkəmizin Avropa İttifaqı ilə ticarətində Almaniyanın payı böyükdür. Almaniya ötən il ümumi dövriyyədə ikinci, idxalda isə birinci yerdə qərarlaşıb", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR