“Telekanallarda, ictimai nəqliyyatda koronavirusa qarşı mübarizə ilə bağlı təbliğat işləri aparılmalı, dayandırılmamalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
“Dezinfeksiya tədbirləri davam etməli, şəxsi gigiyenaya riayət olunmalıdır. İş yerlərində məlumatlandırıcı posterlər asılmalıdır. Bu işdə bizə dəstək verən Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirik”, - deyə o vurğulayıb.
TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, mart ayında hava nəqliyyatı ilə xarici ölkələrdən 10 mindən çox vətəndaş ölkəyə gətirilib: “Operativ Qərargah may ayında xarici ölkələrlə hava əlaqələrinin bərpa olunmayacağını açıqlayıb. Bu yaxınlarda Rusiyadan gələn 548 nəfər arasında koronavirusa yoluxma halları aşkarlanıb. Biz mütləq xaricdən gələn vətəndaşlar üçün karantin rejimini tətbiq etməliyik”.
Rusiyadan Azərbaycana qayıdan 548 nəfər arasında koronavirusa yoluxma halları aşkarlanıb
24 aprel 2020 19:30 (UTC +04:00)
Sosial
Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək
23:48
20 sentyabr 2024
Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır
23:00
20 sentyabr 2024
Ağdam şəhərində İmarət Kompleksinə media-tur təşkil olunub - FOTO
18:51
20 sentyabr 2024
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
18:13
20 sentyabr 2024