Sosial yardım almaq üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır

Sosial yardım almaq üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır
# 19 may 2020 16:33 (UTC +04:00)

Sosial yardım almaq hüququ ilə əlaqədar ailələr üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

Təklifə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR