"Onlayn imzalayıcı" proqram təminatının təhlükəsizlik sertifikatı yenilənib.
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq elektron imza (e-imza) istifadəçiləri cari il 20 aprel tarixinədək yeni "Onlayn imzalayıcı" yükləyərək quraşdırmalıdır.
Yeni proqram təminatı yazılmadan öncə köhnəsinin silinməsi tələb olunur.
Proqram təminatının silinməsi və yenisinin yüklənməsi qaydaları www.e-imza.az portalında yerləşdirilib.
İstifadəçilər adıçəkilən portala buradan (http://www.e-imza.az/uploads/software/OnlineSigner.exe) daxil olmaqla yeni proqramı yükləyə bilərlər.
Hər hansı texniki problem yarandıqda müvafiq təlimata (http://www.e-imza.az/uploads/instructions/online_imzalayici.pdf) uyğun ardıcıllıqla prosesin icrasını təmin etmək olar.