Suriya Konstitusiya Komitəsinin tərtibatçı-redaktorlar qrupu fəaliyyətə başlayıb

Suriya Konstitusiya Komitəsinin tərtibatçı-redaktorlar qrupu fəaliyyətə başlayıb
# 04 noyabr 2019 14:26 (UTC +04:00)

Cenevrədə Suriya Konstitusiya Komitəsinin tərtibatçı-redaktorlar qrupu fəaliyyətə başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qrupun vəzifəsi Suriyanın yeni konstitusiyası üçün təkliflər hazırlamaqdır.

Daha sonra bu təkliflər Konstitusiya Komitəsinə təqdim olunacaq.

Tərtibatçı-redaktorlar qrupu 45 ekspertdən ibarətdir.

Suriya hökuməti, müxalifət və vətəndaş cəmiyyəti ayrı-ayrılıqda 15 nəfərlə təmsil olunur. Qrup bütün həftə işləyəcək.

Daha sonra mütəxəssislər iki həftəlik fasilədən sonra yenidən toplaşmaq üçün Cenevrəyə gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR