Sabirabadda qəza olub, bir ailənin iki üzvü ölüb

Sabirabadda qəza olub, bir ailənin iki üzvü ölüb
# 13 iyul 2019 20:03 (UTC +04:00)

Sabirabadda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

1995-ci il təvəllüdlü Usubov Vüqar Qismət oğlunun idarə etdiyi “BMW” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü və onun bacısı Sabirabad rayonu Nərimankənd kənd sakini, 1997-ci il təvəllüdlü Usubova Nuridə Qismət qızı ölüblər.

Onların qardaşı 2003-cü il təvəllüdlü Usubov Əmirağa Qismət oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR