Daha bir məntəqədə seçkinin nəticələri ləğv edilib

Daha bir məntəqədə seçkinin nəticələri ləğv edilib
# 24 fevral 2020 17:37 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 71 saylı Masallı Kənd Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Rüfət Əliyevin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 33 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 71 saylı Masallı Kənd Seçki Dairəsinin 33 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR