UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
# 24 yanvar 2020 12:30 (UTC +04:00)

Yanvarın 29-da Parisdə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq. 

Bu barədə APA-ya Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. 

Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub. 

Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib. 

Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR