Elxan Məmmədov: “Azərbaycan Premyer Liqasında yerli futbolçu çatışmır, eyni oyunçular müxtəlif klublar arasında fırlanırlar”

Elxan Məmmədov: “Azərbaycan Premyer Liqasında yerli futbolçu çatışmır, eyni oyunçular müxtəlif klublar arasında fırlanırlar”
# 13 avqust 2008 12:31 (UTC +04:00)
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts 2011-2012-ci illərdə FİFA tərəfindən bütün klublara 6+5 limitinin qoyulacağını xatırladıb: “Yəqin ki, həmin vaxtadək biz də ehtiyat qüvvə hazırlayacağıq. Hələlik Premyer Liqada yerli futbolçu çatışmır. Eyni oyunçular müxtəlif klublar arasında fırlanırlar. Ona görə də legioner limitini ləğv etməklə yanaşı, Premyer Liqa klubları nəzdində fəaliyyət göstərən 17 yaşadək futbolçulardan ibarət komandaların çempionatını keçiririk. Artıq gələcək nəsli hazırlamağa başlamışıq”. E.Məmmədov yığmamızın avqustun 20-də səfərdə İslandiyaya qarşı keçirəcəyi yoldaşlıq görüşündən sonra B.Foqtsun yenə vətəninə yollanıb-yollanmayacağından məlumatsız olduğunu söyləyib. Baş katib bildirib ki, milli komandamızın sentyabrın 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uelslə səfərdə oynayacağı matça hazırlıq məqsədilə təlim-məşq toplanışının təşkili gündəmdədir: “Toplanış baş tutarsa, Foqts İslandiya ilə oyundan sonra Bakıya qayıdacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR