Türkiyə Ermənistanı darmadağın etdi

Türkiyə Ermənistanı darmadağın etdi
# 10 sentyabr 2008 07:37 (UTC +04:00)
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin futbol yığması Avropa çempionatının pley-off mərhələsinə yüksəlib. “APA-Sport”un məlumatına görə, türkiyəli gənclər seçmə mərhələnin son turunda bu vəzifənin öhdəsindən gəliblər. Onlar 20 gün əvvəl İrəvanda 1:2 hesabı ilə məğlub olduqları Ermənistanı öz meydanında darmadağın etməklə, mübarizəni qrup qalibi kimi davam etdirəcəklər. Türkiyəlilərin qollarını Batıhan (26 və 45-ci dəqiqə), Ərən (34-cü dəqiqə) və Özər (56-cı dəqiqə) vurub. 19 xalla ikinci qrupda birinci olan yığma oktyabrın 11/12 və 14/15-də keçirilən pley-off mərhələsində qüvvəsini sınayacaq. Pley-off mərhələsinin püşkü sentyabrın 12-də saat 15:00-da İsveçdə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR