“Olimpik” klubunun futbolçusu meydanda dünyasını dəyişdi

“Olimpik” klubunun futbolçusu meydanda dünyasını dəyişdi
# 26 noyabr 2008 08:01 (UTC +04:00)
Daha bir futbolçu yaşıl meydanda dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Olimpik” klubunun oyunçusu Françisko Havyer Erraxuela Aroyo görüş zamanı yerə yıxılıb. 22 yaşlı ispaniyalı futbolçu həkimlərin səylərinə baxmayaraq, hələ hospitala çatmamış vəfat edib.

Qeyd edək ki, İspaniyada ötən il də analoji hadisə baş vermişdi. “Sevilya” klubunun müdafiəçisi Antonio Puerto komandasının oyunu zamanı yerə yıxılaraq, dünyasını dəyişmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR