Meksika milli komandasının baş məşqçisi Sven-Qoran Eriksson istefaya göndərilib

Meksika milli komandasının baş məşqçisi Sven-Qoran Eriksson istefaya göndərilib
# 03 aprel 2009 10:59 (UTC +04:00)
Meksika milli komandasının baş məşqçisi Sven-Qoran Eriksson istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Meksika Futbol Federasiyasının 61 yaşlı təcrübəli mütəxəssislə yollarını ayırmasına yığmanın uğursuz çıxışı səbəb olub. Son oyunlarda qeyri-qənaətbəxş nəticələr göstərən millinin son qarşılaşmada Hondurasa da uduzması qurum rəsmilərinin səbir kasasının daşması ilə nəticələnib. Dünya çempionatının seçmə mərhələsindəki 1:3 hesablı məğlubiyyət Erikssonun Meksika karyerasındakı son görüş olub.
Qeyd edək ki, isveçli mütəxəssis Şimali Amerika ölkəsində cəmi 10 ay duruş gətirə bilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR