Ramin Musayev: “Olimpik”lə “Bakı” arasında hər iki oyunun yenidən keçirilməsi mümkün deyil”

Ramin Musayev: “Olimpik”lə “Bakı” arasında hər iki oyunun yenidən keçirilməsi mümkün deyil”
# 10 aprel 2009 11:39 (UTC +04:00)
Bakı – APA. “Olimpik” və “Bakı” arasında hər iki oyunun yenidən keçirilməsi mümkün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

“Olimpik” klubunun “Bakı” ilə qalmaqallı matçın yenidən keçirilməsi ilə bağlı irəli sürdüyü şərtlərdən xəbərsiz olan PFL rəhbəri onlarla tanışlıqdan sonra müddəalardan biri ilə razılaşmadığını bildirib: “Olimpik” oyunun təkrar keçirilməsi üçün bu gün açıqladığı şərtlərlə bağlı PFL-ə müraciət etməyib. Onların irəli sürdüyü şərtlərdən birincisini başa düşə bilmirəm. Necə ola bilər ki, birinci dövrədəki oyun yenidən keçirilsin? Son qarşılaşmada yazılmayan qaydalar pozulduğundan yalnız həmin görüşü yenidən təşkil etmək mümkündür. Digər üç şərt də problem deyil”.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında rəsmi mövqeyini açıqlayan “Olimpik” matçın təkrar baş tutması üçün 4 şərt qoyub:

1. Komandalar arasındakı hər iki matç – həm birinci dövrənin ötən il oktyabrın 4-də, həm də 5 gün əvvəl keçirilən oyunların nəticəsi ləğv olunsun və yenidən oynanılsın;
2. Hər iki qarşılaşmanı əcnəbi hakimlər idarə etsin;
3. Hər iki matç azarkeşlərsiz boş tribunalar önündə təşkil olunsun;
4. Oyunlarda təhlükəsizliyin təmin olunmasını “Olimpik” klubunun rəhbərliyi öz üzərinə götürmür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR