Azərbaycan yığması FİFA-nın reytinq siyahısında irəliləyib

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında irəliləyib
# 16 dekabr 2009 10:34 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə irəliləyib. 114-cü yerə yüksələn yığmamızın hesabında 236 xal var. Milli komandamız UEFA-nın reytinqində 1 pillə irəliləyərək, 45-ci yerə yüksəlib. Berti Foqtsun baş məşqçisi olduğu yığmamız son üç reytinqdə artıq 16 pillə irəliləyib.

Reytinq cədvəlində ilk “üçlük”də dəyişiklik olmayıb. Son Avropa çempionu İspaniya (1627 xal) 1-ci, dünyanın ən titullu yığması Braziliya (1568 xal) 2-ci, Hollandiya (1288 xal) 3-cü yerdəki mövqelərini qoruyublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR