Kasilyas Buffona yaxınlaşır

Kasilyas Buffona yaxınlaşır
# 19 yanvar 2010 08:31 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 23 ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qurumun 1987-ci ildən başlayaraq hər il keçirdiyi sorğuların ümumi nəticələrinə əsasən italiyalı Canluici Buffon bu dövrün ən yaxşı əlcək sahibi olub. “Yuventus”un qapıçısı 23 il ərzində hesabına 87 xal yaza bilib.

İkinci yeri tutan İspaniya milli komandasının və “Real”ın futbolçusu İker Kasilyas həmkarından 14 xal geri qalıb.
Hesabında 69 xal olan Danimarka yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq qapıçısı Peter Şmeyxel üçüncü yerlə kifayətlənib. Azərbaycanlı qapıçıların yer almadığı siyahıda ümumilikdə 75 futbolçu qərarlaşıb. Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər 8 xalla 37-ci yerdədir.

Qeyd edək ki, ümumi siyahıda ikinci olan Kasilyas 2009-cu ilin ən yaxşısı seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR