Azarkeşlər Bülənt Korkmazı döymək istəyiblər

Azarkeşlər Bülənt Korkmazı döymək istəyiblər
# 19 yanvar 2010 14:25 (UTC +04:00)
Bakı – APA. MDB və Baltikyanı Ölkələrin çempionlarının Birlik kuboku turnirində keçirilən “Bakı” - “Aktobe” oyunundan sonra qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, bakılıların bir qrup azarkeşi sevimli komandalarının Qazaxıstan çempionuna uduzmasını “həzm edə bilməyib”. Onlar təmsilçimizin 0:2 hesabı ilə uduzub mübarizəni qrup mərhələsində dayandırmasından narazılıqlarını sərt şəkildə nümayiş etdiriblər. Azərbaycanlı azarkeşlər hətta komandanın baş məşqçisi Bülənt Korkmazın üzərinə hücum çəkməyi də lazım bilib. Lakin asayişi qoruyan milis əməkdaşları türkiyəli baş məşqçini vurmaq istəyənlərin qarşısını ala bilib.

Qeyd edək ki, Azərbaycan klubları 2004-cü ildən sonra ilk dəfə qrup mərhələsini adlaya bilməyib. Son 5 ildə təmsilçilərimiz ən azı 1/4 finala vəsiqə qazanırdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR