Azərbaycan yığmasının rəqibi məlum olub

Azərbaycan yığmasının rəqibi məlum olub
# 27 yanvar 2010 00:21 (UTC +04:00)
Bakı-APA. Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatında yarımfinala dördüncü vəsiqəni Portuqaliya millisi qazanıb.

APA-nın məlumatına görə, portuqaliyalılar ¼ finalda Serbiyanı 5:1 hesabı ilə məğlub ediblər.

Beləliklə, finala vəsiqə qazanmaq uğrunda oyunda portuqaliyalılar Azərbaycan millisiylə qarşılaşacaqlar.

Digər yarımfinal görüşündə Çexiya və İspaniya yığmaları üz-üzə gələcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR