Azərbaycan millisi yarımfinalda məğlub olub

Azərbaycan millisi yarımfinalda məğlub olub
# 28 yanvar 2010 22:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın futzal üzrə yığması Macarıstanda keçirilən Avropa çempionatının finalına çıxa bilməyib. APA-nın məlumatına görə, yarımfinalda penalti zərbələrini daha dəqiq yerinə yetirən portuqaliyalılar Azərbaycandan üstün olublar (5:3).

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Tiaqu, Felipe və Biro Jade 8, 18 və 29-cu dəqiqələrdə vurublar.

Digər yarımfinalda Çexiya və İspaniya yığmaları üz-üzə gələcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR