Dünyanın ən yaxşı hücumçusunun adı açıqlandı

Dünyanın ən yaxşı hücumçusunun adı açıqlandı
# 02 aprel 2010 13:34 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən məhsuldar oyunçularının siyahısını yeniləyib. Apasport.az saytının məlumatına görə, tərtib edilən cədvələ milli komanda və qitə kuboklarında üst-üstə 4 və daha çox qol vuran futbolçular düşüb.

Siyahıya anqolalı Flavio da Silva Amado başçılıq edir. Yığmada 3 dəfə fərqlənən hücumçu Səudiyyə Ərəbistanının “Əl-Şəbəb” klubunda 4 qol vurub. Flavionun 5 ən yaxın izləyicisinin hər biri isə rəqib qapılarından 6 top keçirib.

Ən məhsuldar avropalı David Vilyadır. İspaniya millisində 1, “Valensiya”da 4 dəfə sevinən 29 yaşlı Vilya dünyada 8-ci yerdədir. Eyni sayda qol vuran Ueyn Runi (İngiltərə, “Mançester Yunayted”) bütün qollarını klubunda vurduğu üçün 9-cu pillədə qərarlaşıb. Avropanın üçüncüsü danimarkalı Niklas Bendtnerdir. O, yığmada 1, “Arsenal”da 3 qol vurmaqla, planetin 16-cı qolçusudur.

Qeyd edək ki, ən yaxşı Azərbaycan təmsilçiləri bu ilki beynəlxalq oyunlarda 1-dən artıq qol vurmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR