Azərbaycan yığması Avstriyaya 24 futbolçu ilə yollanır

Azərbaycan yığması Avstriyaya 24 futbolçu ilə yollanır
# 21 aprel 2010 08:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının Avstriyadakı hazırlıq prosesinə 24 futbolçu qatılacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə milli komandanın baş məşqçisi Berti Foqts bu gün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, səfərə mayın 24-də çıxacaq yığmanın düşərgəsinə ölkədən kənarda oynayan Mahir Şükürovla Vaqif Cavadovun da qoşulacaq.

Mayın sonu – iyunun əvvəlində komandamızın keçirəcəyi yoldaşlıq görüşlərinə legionerlərin gəlişində problem yaranıb. Hər halda, Şükürov çıxış etdiyi Rusiyanın “Anji” klubunun həmin vaxt bütün futbolçuları ilə Avstriyaya təlim-məşq toplanışına gedəcəyini və bunun üçün vizalarının açıldığını bildirib. Ancaq Foqtsun sözlərinə görə, nə Şükürov, nə Hollandiyanın “Tvente” klubunda oynayan Cavadovun yığmaya gəlişində problem yaranacaq. Yəni, bu məsələ onların klubları ilə razılaşdırılıb. Foqts Avstriyada olduğu müddətdə futbolçuları tibbi müayinədən də keçirəcək.

Qeyd edək ki, milli komandamız mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Honduras yığması ilə yoldaşlıq görüşü keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR