Saşa Yunisoğlu: Avstriyada həbs olunmağım haqda yazılanlar şər, iftiradır

Saşa Yunisoğlu: Avstriyada həbs olunmağım haqda yazılanlar şər, iftiradır
# 02 iyun 2010 13:30 (UTC +04:00)
Bakı - APA-Sport. “Avstriyada həbs olunmağımla bağlı yayılan məlumatlar dezinformasiyadır. Bunlar başdan ayağı şər, iftiradır”. Apasport.az saytının Avstriyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu deyib.

Son günlər ölkə mətbuatında 25 yaşlı futbolçunun Avstriyada polis tərəfindən həbs olunması ilə bağlı xəbər yer alıb. Deyilənə görə, Saşa valyuta mübadiləsi məntəqəsində dəyişdirdiyi 500 avro saxta olduğuna görə tutulub.

Yunisoğlu bununla bağlı bu gün Avstriyada keçirdiyi mətbuat konfransında haqqında yazılanlara münasibətini bildirib: “Özünüz də gördüyünüz kimi, bütün günü yığma ilə birgə oluram, məşqlərdə iştirak edirəm. Edilən fotosessiyalar da buna sübutdur. Mən komandadan ayrı heç yerə getməmişəm. Yalnız bir dəfə alış-verişə getmişəm ki, onda da komanda ilə birgə olmuşam. Bundan əlavə, üstümdə 500 avro olmayıb. Mən burada nağd puldan yox, kredit kartından istifadə edirəm. Bunu nəzərə alsaq, saxta pulla tutulmağım haqda deyilənlər gülməlidir”.

Qeyd edək ki, Yunisoğlu yığmamızın Avstriyada keçirdiyimiz yoxlama oyunlarında hələ ki meydana çıxmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR