İspaniya Portuqaliyanı məğlub edərək ¼ finala çıxıb

İspaniya Portuqaliyanı məğlub edərək ¼ finala çıxıb
# 29 iyun 2010 23:02 (UTC +04:00)
APA-nın məlumatına görə, Keyptaunda keçirilən görüşdə ispanlar David Vilyanın 63-cü dəqiqədə atdığı qolla 1:0 hesabı ilə qələbə qazanıblar.

Oyunun sonuna az qalmış Portuqaliyanın müdafiəçisi Rikardu Koşta qırmızı vərəqə alıb. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, hazırda dünyanın ən bahalı oyunçusu olan Kriştiano Ronaldo oyunda heç nə ilə yadda qalmayıb.

D. Vilya isə çempionatdakı qollarının sayını 4-ə çatdırıb. Ondan başqa, Argentina yığmasının hücumçusu Qonsalo İquain və artıq çempionatı tərk etmiş Slovakiya yığmasının oyunçusu Robert Vittek də rəqib qapılarından 4 top keçiriblər.

¼ final mərhələsində İspaniyanın rəqibi Paraqvay yığması olacaq. Paraqvay 1/8 final mərhələsində Yaponiya yığmasını on bir metrlik cərimə zərbələri ilə 5:3 yenərək növbəti mərhələyə vəsiqə qazanıb. Həmin oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb.

İspaniya-Paraqvay qarşılaşması iyulun 3-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR